photo_80864680
Azərbaycanda QEYRİ-ADİ TOY: əkiz hərbçilər əkiz bacılarla evləndi - VİDEO

Qazaxda hərbçi olan əkiz qardaşlar əkiz bacılarla evlənib.

Qlobal.net “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Əməkdar artist Nigar Şabanova sosial şəbəkə hesabında paylaşım edib. 

Belə ki, Qazaxda həmin qardaşların toyuna qatılan xanəndə bildirib ki, zabitlər Qabil və Qalib eyni gündə ailə qurub. Onlar əkiz bacılarla nikah masasına oturub: "Allah bütün hərbçilərimizi qorusun. Hər birinizin toyunda təmənnasız iştirak etmək borcumuzdur. Sayənizdə başımız ucadır. Əkiz qardaşlar və bacılar, Allah sizi əkiz övladla sevindirsin".

25.07.2022 10:18
show 306