Azərbaycanda qayınata kürəkəninə DƏHŞƏT YAŞATDI

Ağcabədi rayonunda qayınata kürəkəninə xəsarət yetirib.
Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin T.İsmayılov küçəsində baş verib.
Şəhər sakini Məqsəd Tahirovun (ad və soyad şərtidir) qızının ailəsində problem yaranıb və onlar ayrılmaq üçün məhkəməyə müraciət ediblər. Boşanma ərəfəsində olan cütlük arasında mübahisə davam edib və Məqsəd Tahirov qızını öz evinə gətirib.
Gözəllik salonunda işləyən qızı atasına zəng edərək həyat yoldaşının onun iş yerinə gəldiyini və təhqir etdiyini bildirib.
Hadisədən əsəbiləşən M.Tahirov gözəllik salonunun qarşısına gəlsə də, kürəkəni hadisə yerində olmayıb. O, kürəkəninin arxasınca gedib və onu yaxınlıqdakı mağazanın qarşısında yaxalayıb. M.Tahirov əlindəki bıçaqla kürəkəninin baş və burun nahiyəsinə xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə M.Tahirova 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq edilib.