Azərbaycanda qadın "ərini" killer vasitəsilə öldürtdürüb.
Qlobal.net xəbər verir ki, hadisə 2018-ci ildə baş verib.
Ağır cinayətin üstü itkin düşən Quba sakininin axtarışları zamanı açılıb.
Belə ki, 2018-ci ilin iyul aylarında Quba sakini 48 yaşlı İldırım Fərhadov itkin düşüb. Daha sonra məlum olub ki, İ.Fərhadovu qeyri-rəsmi nikah münasibətində olduğu Əzizə Sadıqovanın sifarişi ilə 38 yaşlı Şahsuvar Əsədov tüfənglə qətlə yetirilib. O, meyiti Beyləqan rayonunun Dünyamalılar kəndindəki evinin həyətində basdırıb. Keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri ilə Ş.Əsədov saxlanılıb. Killer sifarişçisinin adını istintaqa deyib.
Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə cinayət işi başlanılıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Əsədov 19 il və Ə.Sadıqova 16 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya və kassasiya şikayəti veriblər. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə qalıb.