psixoloq
Azərbaycanda psixoloq saxlanıldı - Qadına qarşı görün nə edib

Bakı sakini olan qadın dələduz ekstrasensin qurbanı olub.

Qlobal.net xəbər verir ki, Lent.az-ın məlumatına görə, Suraxanı rayon Əmircan qəsəbə sakini Maisə Bəşirli sosial şəbəkədə özünü ekstrasens-psixoloq kimi qələmə verən Rita adlı qadınla tanış olub. Bu zaman M. Bəşirli ilə Rita arasında pul müqabilində psixoloji dəstək göstərilməsi barədə danışıqlar olub.

Beləliklə, M. Bəşirli ayrı-ayrı vaxtlarda Ritanın bank kartına 2500 manat pul yükləyib. Rita da qarşılığında müxtəlif dərman vasitələrini kuryer vasitəsilə “pasiyent”inə çatdırıb və paralele olaraq, seanslar keçirib. Ancaq bir müddət sonra qadın qəbul etdiyi dərmanların ona heç bir müsbət təsir göstərmədiyini görüb və Ritadan pullarını istəyib. Mənfi cavab aldıqdan sonra isə zərərçəkmiş polisə üz tutub.

Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq əməlini törədən Rita adlı qadın saxlanılıb. Polisə ifadəsində o, peşman olduğunu bildirib.

 

03.11.2022 20:11
show 1484