65c3b3e147741202402244625
Azərbaycanda prezident seçkisi günüdür

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Qlobal.net xatırladır ki, seçkidə yeddi prezidentliyə namizəd mübarizə aparır.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; 

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb.

Prezident seçkiləri ilə əlaqədar 23 mindən artıq Azərbaycan vətəndaşının səs verməsi üçün 37 ölkədəki səfirlik və konsulluqlarımızda 49 seçki məntəqəsi yaradılıb.

Səsvermə saat 08:00-da başlayacaq, saat 19:00-da başa çatacaq.

Seçkiləri 90 372 müşahidəçi izləyəcək. Bunlardan 790-nı 72 beynəlxalq təşkilatı təmsil edən beynəlxalq müşahidəçidir. Seçkilərin müşahidəsinə 14 partiya və 83 QHT üzvlərini, tərəfdarlarını, könüllüləri cəlb edib. 50 mindən çox müşahidəçi məhz 14 siyasi partiyanın mənsubudur.

07.02.2024 07:00
show 138