photo_54827116
Azərbaycanda orta məktəbdə BİABIRÇILIQ - VİDEO (YENİLƏNDİ)

Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlaxda orta məktəbdə müəllimin şagirdlərə dini mahnı oxutduğu görüntülərlə bağlı açıqlama yayıb.

Təhsil İdarəsindən "Report"a verilən görə, hadisə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib.

"Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib", - İdarədən qeyd edilib.

xxx

Azərbaycanda Xomeyniyə həsr edilən dini mahnının orta məktəbdə müəllim tərəfindən şagirdlərə öyrədilməsi barədə video görüntülər yayılıb. Həmin hadisənin Yevlaxda baş verdiyi bildirilir.

Qlobal.net redaktor.az-a istinadla xəbər verir ki, bu görüntülər sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Müzakirələrdə müəllimin hərəkəti pislənilib. Başqa bir ölkənin dini liderinə həsr olunan  mahnının orta məktəb müəllimi tərəfindən şagirdlərə öyrədilməsinin Azərbaycan kimi dünyəvi bir ölkədə yolverilməz olduğu bildirilib, həmin müəllimin mütləq məktəbdən uzaqlaşdırılmasının vacibliyi vurğulanıb. Videoda Azərbaycan bayrağının tərs asılması sosial şəbəkə istifadəçilərinin gözündən yayınmayıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov ilə əlaqə saxladıq.

C.Valehov sözügedən görüntülərdən xəbər olduğunu qeyd  edərək bildirib ki, mövzu ilə bağlı araşdırmalara başlanılıb. 

28.06.2022 21:44
255