6634716c1b969202405240900

Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma...

Qrin kart" lotereyasının qalibləri sabah (4 may) elan ediləcək. 

Diqqət çəkən məqam bu lotereyanı qazanmaq üçün "Greencard Azerbaijan" şirkəti vasitəsilə qeydiyyatdan keçənlərin problem yaşamasıdır. Həmin şəxslər sözügedən şirkətlə əlaqə saxlaya bilmədiklərini deyirlər. Belə ki, "Greencard Azerbaijan" şirkətinin rəhbəri Rüfət Piriyev artıq 4 aydır həbsdədir.

Rəsm açıqlamada qeyd edilir ki, Rüfət Piriyev xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində şübhəli bilinərək saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.

Maraqlıdır, "Greencard Azerbaijan"a pul ödəyən şəxsləri nə gözləyir?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, həmin şəxslərin qrin kart almaq üçün kiməsə pul (rüşvət) verməsi məlumatı ABŞ mənbələrinə ötürülübsə, artıq onların qalib olma şansı yoxdur.

İqtisadçı deyib ki, o şəxslərin rüşvət və korrupsiya yolu ilə daha yaxşı sənədlər hazırlatmağa çalışması haqda ABŞ orqanlarında məlumat varsa, qalib olsalar da, gedə bilməyəcəklər: "Bununla bağlı məlumat əldə etmək o qədər də çətin deyil. Çünki qlobal siyahılar ABŞ Dövlət Departamentinin portalında da ayrıca elan edilir. Adı qaliblər siyahısında olan şəxslər müraciətlərini ABŞ səfirliklərinə edə bilərlər. Adları siyahıda olan adam rahat şəkildə qrin kart alıb, ABŞ-a gedə biləcəklər. Amma dediyim kimi, əgər səfirlik Azərbaycan orqanları tərəfindən məlumatlandırılıbsa və ya Dövlət Departamentinin müvafiq orqanlarına hadisə ilə bağlı detallı məlumatlar gedibsə, onlar hətta qalib olsalar belə, adlarının siyahıdan çıxarılması mümkündür. Demirəm, dəqiq belə olacaq, lakin burada korrupsiya və rüşvət ehtimallarını üzərlərindən atmaq üçün bu qərarı verə bilərlər".

03.05.2024 09:04
show 2927