6666d5ba6be83202406243018
Azərbaycanda oğlan anasının evini, bacısının maşınını yandırdı
Abşeron rayonunda ev qəsdən yandırılıb.  
Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, iyunun 9-u saat 4 radələrində 1969-cu il təvəllüdlü Azər Tağıyev anasının yaşadığı Masazır qəsəbəsindəki evi yandırıb.   
O, daha sonra Xırdalan şəhərinə gedərək bacısının idarə etdiyi "Infiniti" markalı avtomobili də yandırıb. 
Nəticədə maşının salon və mühərrik hissəsi yanıb.   
Hər iki yanğın hadisəsini törətmiş A.Tağıyev polis tərəfindən saxlanılıb.   

Onun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

10.06.2024 14:35
show 306