657181f749937202312232735
Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.

Qlobal.net AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

07.12.2023 12:27
509