Qubanın Cimi kəndində müəllimləri daşıyan maşını sel aparıb.
Qlobal.net xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, avtomobilində olan bir qrup müəllim heyəti çayı keçən zaman sel gəlib. Nəticədə "Chevrolet" markalı nəqliyyat vasitəsini su basıb və 100 metr məsafəyə aparıb. vakansiya
Avtomobil çaydakı iri daşa ilişərək dayandıqdan sonra nəqliyyat vasitəsini və sürücünü sudan çıxarmaq mümkün olub.
Sakinlər bildiriblər ki, kənddə körpü yoxdur, yalnız Qonaqkənddə var. Cimi sakinləri gediş-gəliş üçün çayı keçməli olurlar. (Oxu.az)