tələbə
Azərbaycanda məşhur universitet ləğv olundu - RƏSMİ

“Naxçıvan” Universiteti MMC (VÖEN - 0200122341) ləğv olunduğunu elan edib.

Qlobal.net yeniavaz.com-a istinadən xəbər verir ki, ləğvetmə elanında kreditorların iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Babək məhəlləsi ünvanına bildirmələri istənilir.

Qeyd edək ki, “Naxçıvan” Universiteti MMC 2 iyul 1999-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 manat olan universitetin qanuni təmsilçisi Kazımov Anar Altay oğludur.

Məlumat üçün onu da bildirək ki, “Naxçıvan” Universitetinin təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Ötən ilin əvvəlində “Naxçıvan” Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunub.

03.09.2024 11:29
show 386