6582df50936b9202312233424
Azərbaycanda məşhur ticarət mərkəzi BAĞLANDI - FOTO

Gəncə-Universam QSC ləğv olunduğunu elan edib. 

Qlobal.net-in İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı QSC-nin növbədənkənar ümumi yığıncağında qərar qəbul olunub. 

Beləliklə, qərarla ticarət mərkəzinin bağlanması rəsmiləşdirilib. 

Qeyd edək ki, Gəncə-Universam 1998-ci ildən fəaliyyət göstərirdi. Şirkətin qanuni təmsilçisi İbrahimova Gülpəri Məcid qızıdır. Nizamnamə kapitalı isə 184 862 manat olub. 

Ötən ay QSC-nin ləğv olunacağı ilə bağlı məlumatlar yayılmışdı.

20.12.2023 16:33
show 1457