64af8007b5ac4202307233935
Azərbaycanda mənzillərə verilən isti suyun qiyməti bahalaşdı - VİDEO

Xətai rayonu, Ayaz İsmayılov küçəsinin sakinlərinə "Azəristiliktəchizat" ASC tərəfindən bildiriş gəlib.

Qlobal.net xəbər verir ki, Xəzər TV-nin “qaynar xətti”nə müraciət edən sakinlər iddia edirlər ki, sakinlərə göndərilən bildirşdə isti su tariflərinin iyul ayının 1-dən dəyişiklik edildiyi qeyd edilib.

Binanın komendantı Məhəmməd Məmmədov deyib ki, 303 mənzildən ibarət olan bina "Neftçilər" üçün tikilib.

Onun sözlərinə görə, ötən gün "Azəristiliktəchizat" ASC əməkdaşları ona yaxınlaşıb və yeni tariflərlə bağlı elanın binanın giriş bloklarındakı lövhəyə vurulmasını istəyiblər.

Bina sakinləri "Azəristiliktəchizat" ASC-yə müraciət ediblər. Amma ötən gündən bu yana onları maraqlandıran suala cavab verən tapılmayıb.

Sakinlərin müraciətinə aydınlıq gətirlməsi üçün "Azəristiliktəchizat"la əlaqə saxladıq. Qurumdan təsdiqlədilər ki, istisu tariflərində dəyişiklik edilib.

O da bildirilib ki, bu addım iqtisadi səmərəliliyi artırmaq məqsədi ilə atılıb.

13.07.2023 08:38
288