məktəb

Azərbaycanda məktəblər dəyişkən iş qrafikinə keçirələcək

Valideynin uşaqlarını məktəbə gətirməsi ilə öz iş saatlarının uyğunlaşdırılması problemini tənzimləyə bilsək, məktəblər dəyişkən iş qrafikinə keçirələcək.

Qlobal.net xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, məktəblərdə iş qrafikinin dəyişdirilməsi məsələsi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

06.02.2025 17:08
show 85