63ba884141361202301230921
Azərbaycanda məktəbdə BİABIRÇILIQ - VİDEO

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yayılan videoya aydınlıq gətirilib.

Qlobal.net xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, vəziyyətlə maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir.

"Eyni zamanda yeni məktəb binasının tikilməsi nəzərdə tutulur. Bu il plana salınıb" - deyə qeyd olunub.

Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.


 
08.01.2023 13:06
show 1049