Bakı şəhəri, Suraxanı rayonunda 89 nömrəli tam orta məktəbdə şagirdin ayaqyolunda zorakılığa məruz qalması barədə iddialara aydınlıq gətirilib.
Məktəbdən bildirilib ki, VII sinifdə təhsil alan
məktəbli qız (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) direktor
müavininə yaxınlaşaraq iki sinif yoldaşı ilə birgə 5-ci dərsdən sonra
ayaqyolunda olduğunu və onlar getdikdən sonra təzyiqə məruz qaldığını
iddia edib.
Məktəb rəhbərliyi dərhal məsələni araşdırmağa
başlayıb: “Zərərçəkmiş məktəbli gözünün bağlı olduğunu və bunu kimlərin
etdiyini görə bilmədiyini söyləyib. Məktəbli ilə birgə ayaqyolunda olan
digər iki qız da dəvət olunub və onlar bu barədə heç bir məlumatlarının
olmadığını söyləyiblər. Qeyd ediblər ki, zərərçəkmiş məktəbli qız "mənim
işim var" deyərək onları yola salıb. Məsələni aydınlaşdırmaq üçün
şagirdin valideyni məktəbə dəvət olunub. Valideyn də məsələnin
araşdırılmasında iştirak edib. Evə qayıtdıqdan sonra valideyn evdən
övladının gizlətdiyi kəsici alət tapdığı haqqında məlumat verib. Məsələ
ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Araşdırma zamanı
məlum olub ki, şagird özü-özünə xəsarət yetirib və qorxduğu üçün yalan
söyləyib”. (pravda.az)