Tovuz rayonunda kütləvi zəhərlənmə olub.
Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Qovlar şəhərində yaşayan 18 nəfər ötən gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.
Onların Qovlardakı dönərxanadan dönər alaraq yedikləri və qidadan zəhərləndikləri bildirilir.
Zəhərlənən şəxslər bunlardır:
Qovlar şəhər sakinləri
2001-ci il təvəllüdlü Lamiyə Elşad qızı Məmmədova;
1995-ci il təvəllüdlü Maarif Arif oğlu Məmmədov;
1984-cü il təvəllüdlü Coşqun Ağaverdi oğlu Nəsibov;
2022-ci il təvəllüdlü Tunar Ağaverdi oğlu Əhmədov;
2021-ci il təvəllüdlü Milay Elvin qızı Quliyeva;
1995-ci il təvəllüdlü Nərmin Nizami qızı Quliyeva.
İbrahimhacılı kənd sakinləri
1980-ci il təvəllüdlü Aqil Dilqəm oğlu Alıyev;
2015-ci il təvəllüdlü Eldar Vüsal oğlu Hüseynov;
2012-ci il təvəllüdlü Xəyal Eldar oğlu Hüseynov;
1966-cı il təvəllüdlü Gülnarə Həsən qızı Səfərova;
1986-cı il təvəllüdlü Aqil Cəmaləddin oğlu Səfərov.
Köhnəqala kənd sakinləri
2011-ci il təvəllüdlü Rahib İlqar oğlu Ələsgərli;
2013-cü il təvəllüdlü Fərid Tahir oğlu Mirzəyev;
2011-ci il təvəllüdlü Emil Tahir oğlu Mirzəyev.
Alakol kənd sakini
1986-cı il təvəllüdlü Turanə Yolçu qızı Mirzəyeva;
Əyyublu kənd sakini
1985-ci il təvəllüdlü Nail Mehdi oğlu Qasımov;
Gəncə şəhər sakinləri
2007-ci il təvəllüdlü Xəyalə Ağasəf qızı Sadıqova;
2002-ci il təvəllüdlü Nərminə Arif qızı Məmmədova.
Qeyd edək ki, beş gün əvvəl Qazaxda da 18 nəfər dönərdən zəhərlənmişdi.
***
Hadisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb: “Agentliyin mütəxəssisləri hadisənin baş verdiyi ehtimal olunan Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən “Köz dönər” ictimai iaşə müəssisəsinə baxış keçirib, müayinələrin aparılması məqsədi ilə nümunələr götürüb.
Sözügedən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”.
***
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir ki, oktyabrın 15-də 18 nəfərin Tovuz rayonunda fəaliyyət göstərən iaşə obyektindən alıb qəbul etdikləri dönərdən zəhərlənmələri şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət etmələri faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə həmin iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.