Daşkəsəndə kişini ildırım vurub.
Qlobal.net Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb. Burada olan Samux rayonu Sünnülər kənd sakini 40 yaşlı Səfərov Mahir Qulam oğlunu ildırım vurub. Nəticədə o, aldığı xəsarətlərdən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.