670d37f44c1be202410242540

Azərbaycanda kişini döydülər, maşının baqajına saldıl, sonra da... - FOTO

Sosial şəbəkələrdə Azərbaycanda kişinin döyülərək alçaldılması və maşının baqajında aparılmasını əks etdirən görüntülər yayılıb.

Qlobal.net qafqazinfo-ya istinadən xəbər verir ki,  görüntülərin Ağcabədi rayonunda qeydə alındığı bildirilib.

Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib və 2 nəfər bir kişini döyərək "Toyota Prado" markalı avtomobilin baqajında aparıblar. Daha sonra onlar həmin şəxsi baqajdan endirərək alçaldıcı hərəkətlərə davam ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, əməli törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

14.10.2024 19:24
show 838