mənzil

Azərbaycanda kirayəyə ev verənləri bu halda ağır cəza gözləyir - VİDEO

Ölkəmizdə fərdi yaşayış evini saatlıq kirayə vermək cinayət tərkibi yaradır.

Qanunvericilikdə məsələ ilə bağlı müəyyən məhdudiyyətlər olsa da, bəziləri pul qazanmaq naminə qanunlara qarşı çıxmaqdan çəkinmirlər.

Hüquqşünas Emil Aslanov məsələ ilə bağlı bildirib ki, evini saatlıq kirayə verən şəxslər 3500 manatadək cərimə edilə bilərlər.

“1 saatlıq kirayə verilmiş evin sahibi əxlaqsızlıq yuvası saxlandığını bilirsə, Cinayət Məcəlləsinin 244-cü maddəsinə əsasən, 2500 manatdan 3500 manatadək cərimə, 400 saatdan 480 saata qədər ictimai işlər, 2 il müddətinə qədər islah işləri və ya 3 il müddətinə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”, – E.Aslanov qeyd edib.

Daha ətraflı Baku TV-nin materialında:

02.05.2024 07:22
show 365