64be1440ad11b202307230344

Azərbaycanda işə başlayan məşhurun həyatı: 3 arvad, 4 uşaq... - FOTO

"Neftçi"yə yeni baş məşqçi təyin olunan Adrian Mutu Avropada təkcə futbolçu keyfiyyətlərinə görə yox, həm də şəxsi həyatında yaşananlara görə daim diqqət mərkəzində olub.

Qlobal.net bildirir ki, hələ gənc yaşlarından yaraşıqlı olması ilə öyünən Rumıniya millisinin sabiq üzvü xanımların sevgisini qazanıb.

Təbii ki, bu məsələdə özünün də əyləncəyə və eyş-işrətə meyl salması xüsusi rol oynayıb.

Ötən il "Neftçi"nin "sükanı" arxasında olan Laurentsiu Regekampf Bakıya üçüncü dəfə ailə qurduğu xanımla və birgə nigahdan dünyaya gələn övladı ilə gəlmişdi.

Mutunun şəxsi həyatında baş verənlər Regenin yaşadıqları ilə eynidir.

Adrian peşəkar karyerasının ilk illərində israilli modellə münasibət yaşaması ilə gündəmə gəlmişdi. 1999-2000-ci illər idi, hələ Avropada ulduza çevrilməmişdi.


Lakin 20-21 yaşlarında Rumıniyada kifayət qədər tanınmağa başlamışdı. Buxarest "Dinamo"sundakı məhsuldarlığı və qazancı sayəsində özündən 2 yaş kiçik Moran Atiasla yaşadığı eşq ölkəyə səs salmışdı.

"Neftçi"nin hazırkı çalışdırıcısının ilk evliliyi 22 yaşına - 2001-ci ilə təsadüf edib. O da Mutudan 2 yaş kiçik olub və həmin dövrdə Rumıniyada kifayət qədər populyarlıq qazanmağı bacarıb.

Aktrisa və televiziya verilişi aparıcısı Aleksandra Dinu futbolçu əri ilə 2 il evlilik yaşayıb və 2002-ci ildə birgə nigahdan Mario adlı övladları dünyaya gəlib.

Dinu ilə boşanandan sonra adı müxtəlif gözəllərlə hallanan Mutu ikinci dəfə evlənmək qərarına gəlib. Bu dəfə də özünə həyat yoldaşı kimi aktrisa sevgilisini seçib.

Dominikanlı Konsuelo Matos Gomezlə evliliyinin müddəti çoxları üçün təəccüblü görünüb. Cütlük 2005-ci ildə Romadakı Skala Çelli kilsəsində münasibətlərini rəsmiləşdirəndən düz 10 il sonra boşanmaq qərarını verib.

Bu müddətdə onların iki qız övladı dünyaya gəlib - 2006 doğumlu Adriana və 2008 təvəllüdlü Maya Veqa.

Mutunun Dominkan gözəlindən ayrılmasının səbəbi Rumıniyalı model olub. Hələ Gomezlə nigahda olduğu vaxt Sandra Baçici ilə tanışlıq futbolçunun 10 illik ailə həyatını sonlandırıb.

2015-ci ildə iki uşaq anası Konsuelonun 42 yaşı vardı, Mutunun yeni tanış olduğu Sandranın isə 22. Özündən 14 yaş kiçik Sandraya aşiq olan rumıniyalı idmançı ikinci evliliyini də sonlandırıb 2016-cı ildə Biçici ilə ailə qurub.

Gözəlliyi ilə Mutunun ağlını başından alan Sandra 2017-ci ildə Tyaqu adlı övlad dünyaya gətirib. Cütlük hazırda olduqca xoşbəxt görünür və Azərbaycanda da birlikdə yaşayacaqlarına şübhə etməyə dəyməz. (sportinfo.az)

24.07.2023 10:01
show 1304