Xəbər verdiyimiz kimi, Quba rayonunun Üçgün kəndi ərazisində "Lexus" markalı avtomobil dərəyə aşıb.
Qlobal.net "Unikal"a istinadən xəbər verir ki, qəza nəticəsində 1979-cu il təvəllüdlü Xaçmaz rayon sakini Şamil Zehyəddin oğlu Orucov ölüb.
Avtomobildə olan sərnişinlər - 1985-ci il təvəllüdlü Faiq Orucov, 1978-ci il təvəllüdlü Ratiq Dəmirov və 1977-ci il təvəllüdlü Ceyhun Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, hazırda onlara tibbi yardım göstərilir.
Qəza nəticəsində dünyasını dəyişən şəxs, Şamil Orucov Xaçmazda tanınan iş adamıdır. O, Xaçmazda yerləşən "Daş bazarı və "Mal bazarı" kimi tanınan bazarların sahibi olub.
Faktla bağlı araşdırma aparılır.