Lerik rayon Veri-Əliabad kənd sakini Əliyar Orucov maraqlı iddia ilə çıxış edib.
Müsahib deyir ki, evli olduğu şəxs ondan 12 yaş böyük
olduğunu gizlətmək üçün kiçik bacısının sənədiylə onunla nikaha girib.
Bundan isə evləndikdən 10 il sonra xəbər tutur.
Deyir ki,
həqiqəti bir il əvvəl, təsadüfən öyrənib. Kiçik baldızının şəxsiyyət
vəsiqəsini tapıb və orada öz yoldaşının adının yazıldığını görüb.
Əliyar deyir ki, 2012-ci ildə evlənəndə, başına bunların gələcəyi, yatsa yuxusuna da girməzdi.
Müsahibim
boşanmaq istəmədiyini, sadəcə bu məsələnin aydınlığa çıxmasını istəyir.
Bildirir ki, həyat yoldaşı olanları təsdiqləsə də, məsələni uzatmamağı,
bu halı qəbul etməyi tələb edir.
Məsələ ilə bağlı Əliyarın həyat
yoldaşı Ruhəngiz xanımla da əlaqə saxladıq. O, ittihamı rədd etdi və
bildirdi ki, deyilənlər yalandır. Bəs, hamının sizi ailənin böyük qızı
hesab etdiyi halda, niyə sənəddə bacınız sizdən 8 yaş böyük göstərilib
sualına isə, dedi ki, sənəddə necə yazılıbsa, həqiqət odur.
Hüquq
müdafiəçisi Şamil Paşayev isə “Xəzər Xəbər”ə bildirdi ki, araşdırılma
aparılıb, əgər ortada həqiqətən də sənədlərin saxtalaşdırılması faktı
olarsa, vətəndaş məhkəməyə, həmçinin hüquq mühafizə orqanlarına müraciət
edə bilər.
Prokurorluq tərəfindən araşdırılma aparılacaq.
Həqiqətən, şəxs saxta sənədlə evlənibsə, bu cinayət işinin başlanması
üçün əsas ola bilər.
Daha ətraflı videomaterialı təqdim edirik: