xumar

Azərbaycanda ilk dəfə bunu Xumar Qədimova etdi - VİDEO

Əməkdar artist Xumar Qədimova Azərbaycan sənət aləmində ilkə imza atıb.

Qlobal.net xəbər verir ki, müğənni bu dəfə də möhtəşəm bir layihə hazırlayıb. Qədimova Azərbaycanda heç kimin etmədiyi addımı ataraq Şekspirin 90-cı sonetini oxuyub.

O, mahnını “Əqrəb” ləqəbi ilə tanınan bacısı Matanla duet şəklində səsləndirib. Qədimova bildirib ki, bu böyük əsəri ərsəyə gətirmək onun uzun illərdir arzusu olub. İfaçı bu iş üzərində uzun müddət çalışıb.


13.02.2025 14:01
show 153