64ee480a38496202308233330
Azərbaycanda itkin düşən alimlər tapıldı - FOTO (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən APA-ya bildirilib ki, məlumatla əlaqədar dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb.

Hazırda vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təxliyə edilməsi istiqamətində işlər aparılır.

***

Alimlər Elnur Nəciyev və Emil Cəbrayılov İsmayıllı-Quba yolunda itkin düşüblər. 

Qlobal.net xəbər verir ki, bu barədə Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva KONKRET.az-a açıqlama verib. 

Günay Nəciyeva bildirib: “Onlar sonuncu dəfə Quba rayonunun Dərk kəndi və İsmayıllı rayonunun Burovdal kəndi ərazilərində olublar. Saat 12:00-dan isə əlaqə kəsilib. Onlar qayalıqdadır, çox islanıb və dona bilərlər. 

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova və Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevə müraciət edirəm və xahiş edirəm ki, onların tez bir zamanda tapılmasına kömək etsinlər. Həmin nazirliklərin yerli şöbələri onların durumunu və hava şəraitini nəzərə alıb diqqətli olsun və bu məsələyə çox həssas yanaşsınlar”.

29.08.2023 23:27
show 2272