qəza
Azərbaycanda icra başçısı yol qəzasına düşdü - FOTO

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib.

Qlobal.net "Report"a istinadən xəbər verir ki, hadisə noyabrın 12-də axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan-Şərur avtomobil yolunda qeydə alınıb.

Şərur istiqamətində hərəkət edən "Mitsubişi L-200" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "Hundai" markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb.

Avtomobildə tək olan M.Seyidov heç bir bədən xəsarəti almayıb.

Digər avtomobilin sürücüsü isə yüngül zədələnib.

13.11.2022 09:38
show 322