6814519d74c18202505250117

Azərbaycanda həkim tanınmış müğənninin paltarsız görüntüsünü paylaşdı - Pulunu tələb etdiyi üçün

Sosial şəbəkələrdə "İlanlı qız" ləqəbi ilə tanınan müğənni Günəş estetik cərrah Əmiraslan Əmiraslanovla bağlı qalmaqallı paylaşım edib.

Qlobal.net musavat.com-a istinadən xəbər verir ki, ifaçı əməliyyatdan sonrakı görüntülərini yayımlayaraq bildirib:

"Həkim mənə iki dəfə bədənşəkilləndirmə əməliyyatı etdi. Hər iki prosedur uğursuz alındı və bədənimdə ciddi çapıq izləri qaldı".

Günəşin sözlərinə görə, o, həkimə 14 min manat ödəyib, lakin bu məbləğə dair heç bir çek və ya rəsmi sənəd təqdim olunmayıb. İfaçı daha sonra pulunu geri tələb etdikdə isə, cərrah onun əməliyyatdan əvvəl çəkilmiş geyimsiz fotosunu üzünü bağlamadan sosial şəbəkələrdə yayımlayıb. 


02.05.2025 10:00
show 3