həkim
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT (FOTO)

Xəbər verdiyumiz kimi, Şəkinin Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlu güllələnərək qətlə yetirilib. 

Hadisənin otlaq sahəsinə görə baş verməsi məlum olub. 

Belə ki, 1965-ci il təvəllüdlü Namik Məmmədov torpaq sahəsində mal qara otarmaqda günahlandırdığı Azər Sədiyevlə mübahisə edib. Mübahisəyə onların həmkəndlisi İsrafil Məmmədsoy da qoşulub. Yaranmış münaqişə səbəbindən Namik həmkəndlilərini güllələyərək öldürüb. Qətlə yetirilən şəxslərdən İ.Məmmədsoy Baş Şabalıd kəndində yerləşən tibb məntəqəsinin müdiri vəzifəsində çalışırmış. Hadisədən sonra Namik Məmmədov özünə xəsarət yetirib və xəstəxanaya çatdırılıb. 

Qətlə yetirilən şəxslərdən İsrafil Məmmədsoyun fotosunu təqdim edirik. (qafqazinfo)

04.05.2024 20:14
show 2987