647a2b1677f07202306234702

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək, leysan olacaq, dolu düşəcək

Azərbaycanda iyun ayının 4-ü gündüz və 5-dən 9-dək bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçəcək, fasilələrlə yağıntılı olacaq.

Bunu “Report”a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, ayrı-ayrı bölgələrdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

Xüsusəndə Balakən, Şəki, Qazax, Gəncə, Dağlıq Şirvan rayonlarında yağıntılar intensiv və güclü olacaq. Qərb küləyi əsasən dağ və dağətəyi rayonlarda arabir25-30 metr saniyədək güclənəcək.

“Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında isə qısamüddətli sel keçəcəyi gözlənilir”.

02.06.2023 21:46
show 3307