qar

Azərbaycanda hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ

Gözlənilən sinoptik şəraitin analizinə əsasən deyə bilərik ki, fevral ayının sonlarına doğru soyuq hava kütlələrinin təsiri nəticəsində ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimal olunur.

Qlobal.net bildirir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, soyuq hava kütləsinin müdaxiləsi temperatur rejiminə də təsir göstərəcək, havanın temperaturu bu günlərlə müqayisədə aşağı enəcək.

G.Məmmədova qeyd edib ki, fevralın 14-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. 15-si səhərdən yağıntıların tədricən kəsiləcəyi, ilkin məlumatlara əsasən sonrakı 2-3 gün ərzində, fevralın 16-18-də havanın mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Hava şəraitinin dəyişməsi ilə əlaqədar məlumatlar 2-3 gün öncədən KİV-ə və əlaqədar təşkilatlara çatdırılır. Eyni zamanda meteo.az mobil tətbiqindən də yenilənən məlumatları əldə etmək olar”, - o əlavə edib.(APA)

13.02.2025 17:00
show 793