zəlzələ

Azərbaycanda GÜCLÜ ZƏLZƏLƏLƏRLƏ bağlı ŞOK PROQNOZ

“2025-ci il də hiss olunan zəlzələlər baxımından yaddaqalan bir il olacaq”.

Bu sözləri Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, seysmoloq Qulam Babayev Referans.az-a açıqlamasında deyib.

“Dövriliyi nəzərə alsaq, hazırda Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir. Çünki dövriliyin içərisindəyik. Bildiyiniz kimi, Xəzər dənizində mütəmadi olaraq maqnitudası 3 baldan yuxarı zəlzələlər baş verir. Niyə? Çünki aktivlik orada aktivlik gedir. Mən hər zaman qeyd edirəm ki, Xəzər dənizi regionun ən mürəkkəb tektonik bölgələrindən biridir. Burada mürəkkəb geoloji strukturlar mövcuddur. Burada qırılmalar, tektonik pozuntular, onların qovşaqları, bir neçə seysmik ocaqlar Xəzər dənizinin dərinliklərində mövcuddur. Aktivlik nəticəsində də tez-tez yerdəyişmələr, yəni zəlzələlər baş ver bilir”.

Seysmoloq bildirib ki, yaxın günlərdə gün ərzində kiçik maqnitudalı zəlzələlərin baş verməsi mümkündür.

“Yalnız 3 və 3-dən çox olan maqnitudalı zəlzələlər haqqında ictimaiyyətə məlumat verilir. İlkin hesablamalarıma görə, 2024-cü ilin sonunda bu nəticəyə gəldim ki, dövri aktivlik davam edir. Bu baxımdan 2025-ci ildə də Azərbaycanda hiss olunan zəlzələlər baş verəcək. Hiss olunan zəlzələ dedikdə 4-4.5 maqnitudalı zəlzələləri nəzərdə tuturam. Bu zəlzələləri dağıdıcı, katostrofik zəlzələlərlə qarışdırmaq olmaz. Çünki belə zəlzələlər Azərbaycan üçün xas deyil. Bu cür zəlzələlər qonşu ölkələr – Türkiyə, İran və s. ölkələr üçün keçərlidir. Çünki həmin ərazilər daha aktivdir”.

03.02.2025 19:00
show 338