Azərbaycanda güclü zəlzələlər baş verəcək? – “Çox təəssüf ki...”
“Azərbaycanda təhlükəli zəlzələ gözlənilmir. Həmçinin 12 noyabr 2023-cü
ildə saat 21:30-da öz Teleqram kanalımda Türkiyədə yeni zəlzələlər
olacağını xəbər vermişdim”.
Qlobal.net xəbər verir ki, bu
sözləri Globalinfo.az-a Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq,
ekstrasens Zirəddin Rzayev deyib.
Onun sözlərinə görə, Türkiyədə yenidən güclü zəlzələ baş verə bilər: “Çox təəssüf ki, zəlzələ təhlükəsi Türkiyə və qonşuları üçün hələ də öz aktuallığını saxlayır”.
Ekstrasens Azərbaycanda yaranacaq təhlükə haqda danışıb: “Azərbaycanda
dəhşətli zəlzələlər olmayacaq. Lakin 2024-cü ilin yaz və yay ayları
seysmoloji baxımdan Azərbaycan üçün çox aktiv görünür”.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi də Azərbaycanda güclü zəlzələ olmayacağını açıqlayıb.