zəlzələ
TƏCİLİ: Azərbaycanda güclü zəlzələ oldu - FOTO (YENİLƏNDİ)

Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.

Qlobal.net xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. 

Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub.

***

Azərbaycanda səhər saatlarında güclü zəlzələ qeydə alınıb.

Qlobal.net xəbər verir ki, zəlzələ cənub rayonlarında hiss olunub. Əhali təşvişə düşüb.

***

Bölgədə yaşayan sakinlərin telefonlarına zəlzələ barədə bildiriş gəlib. Bildirişdə qeyd olunur ki, zəlzələ saat 07:43-də, Lerikdən 12 km məsafədə 5.2 bal gücündə qeydə alınıb. 

Zəlzələ İranda və Ermənistanda da hiss olunub.

Təlafat və dağıntı barədə hələlik məlumat yoxdur.



28.06.2024 07:48
show 2174