Gömrük xidmətinin daha bir generalı həbs edilib.
Qlobal.net Gundelik-baku.com-a
istinadən xəbər verir ki, gömrük xidmətinin əməliyyat və istintaq baş
idarəsinin general-mayoru Rəsulov Məsum Eynalı oğlu keçirilən xüsusi
əməliyyat nəticəsində həbs olunub.
Rəsulov Məsum Eynalı oğlu 1974-cü ilin iyun ayının 21-də anadan olub.
9 sentyabr 2006-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi
Əməliyyat İdarəsinin rəisi kimi fəaliyyətə başlayıb.
Araşdırmamız davam edir.