28.09.2021
23:09
178

Azərbaycanda gənc oğlandan sevgilisinə ŞOK SÜRPRİZ: Avtomobili alıb vəhşicəsinə döydülər

Loading...

Ötən ilin 9 oktyabr tarixində polisə müraciət edən Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yaşayan 1980-ci il təvəllüdlü Səadət Məmmədova (şərti ad soyadlı) qeyri-rəsmi nikahda yaşadığı şəxsin onu və rəfiqəsinin Baba adlı oğlunu vəhşicəsinə döyməsi, Babaya məxsus "BMW 735" avtomobili hədə-qorxu yolu ilə ələ keçirərək qaçırması və külli miqdarda pul tələb etməsi ilə bağlı məlumat verib.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bərdə rayonu Xanərəb kənd sakini, 1990-cı il təvəllüdlü Şahin Yusifov və onun dostu, Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Ayaz Əliyev saxlanılıb. Onlar barəsində Cinayət Məcəlləsinin quldurluq (181) və hədə-qorxu ilə tələb etmə (182) maddələrinin bir neçə bəndi üzrə cinayət işi açılıb.

Çinayət işi üzrə ifadə verən zərərçəkmiş qadın bildirib ki, daha əvvəl ailəli olub və Nəsimi rayonu Asif Məhərrəmov küçəsindəki mənzildə qızı ilə birgə yaşayır. Fərid adı ilə tanıdığı, əsl adı Şahin olan şəxslə 6 ilə yaxın ər-arvad münasibətində yaşayıb. Hadisə isə rəfiqəsinin oğlu və Şahinlə birgə ziyarətgahdan geri qayıdarkən baş verib.

Zərərçəkmiş qadın deyib: "7 oktyabr 2020-ci il tarixdə tanışım Zibeydəyə zəng edərək Yardımlı rayonunda yerləşən pirə gedəcəmi və ona görə də oğlu Babanın idarə etdiyi avtomobil ilə getmək istədiyimi bildirdim. O da razılaşdı, söhbət zamanı Fərid adlı bir oğlanın da bizimlə birlikdə Yardımlı rayonuna gedəcəyini dedim. Səhərsi, yəni 8 oktyabr 2020-ci il tarixdə Baba idarə etdiyi avtomobillə məni 3-cü mikrorayon dairəsinin yaxınlığından götürdü. Daha sonra Fərid və adını sonradan bildiyim Ayaz da bizim maşına mindi. Baba Fəridin yanındakı şəxsin kim olduğunu soruşanda o, həmin şəxsin dostu olduğunu, əslən Yardımlıdan olduğunu və ərazini yaxşı tanıdığını dedi. Beləliklə Bakıdan Yardımlı rayonunun Perimbel kəndində yerləşən ziyarətgaha yola düşdük. Ziyarətimizi edib geri qayıtmaq istəyərkən Yardımlı rayonunda dövlət yol polisi əməkdaşları Babanın avtomobilini həmin vaxtı idarə edən Fəridi saxladı. Bu zaman Fəridin həmin avtomobilə etibarnaməsi olmadığına görə polis bizi Yardımlı rayon Polis Şöbəsinə apardı və izahatlarımız alındı. Lakin avtomobilin 1 gün Polis Şöbəsində qalacağını dedilər. Buna görə də həmin günü Ayazın Perimbel kəndində yaşayan qohumlarının evinə getməli olduq və bir gün həmin evdə qaldıq. Səhərsi, yəni 9 oktyabr 2020-ci il tarixdə Yardımlı rayon Polis Şöbəsinə gələrək orada cəriməni ödəyib Babanın idarə etdiyi avtomobili götürüb Bakı şəhərinə yola çıxdıq. Həmin cərimənin pulunu da Babanın anası Zibeydə Bakıdan poçt vasitəsi ilə Yardımlı rayon Mərkəzi Poçtuna göndərmişdi. Baba avtomobili idarə etdikdə Ayaz Babanın yanında, mən və Fərid isə arxa oturacaqda əyləşmişdik. Biz Yardımlı rayonu ərazisində olarkən Ayaz və Fərid yolun kənarında olan meşəliyə getdilər, bundan sonra isə avtomobilə əyləşdilər. Ayaz və Fərid avtomobilə əyləşdikdən sonra onların vəziyyəti bir başqa cür olmuşdu. Yardımlı rayonu ərazisində Fəridgil məni və Babanı avtomobilin içərisində yumruqla vurmağa başladı. Məni Fərid, Babanı isə Ayaz döyürdü. Biz onlara niyə belə etdiklərini dedikdə Ayaz və Fərid Babaya anasının yenə də pul göndərməsini və Babanın həmin pulu onlara verməsini dedilər. Daha sonra Ayaz maşını Masallıda kafedə saxlamasını bildirdi. Burada bir nəfər tanımadığımız şəxs avtomobilə əyləşib Ayazla görüşdü. Bundan sonra həmin şəxs bizi Masallı rayonu ərazisindəki kafeyə apardı. Biz birlikdə kafeyə getdik və içəridə olan otaqda oturduq. Həmin vaxt Fərid yenə də mənim üzərimə cumaraq vurub yerə yıxdı və yerdə mənim böyrümdən təpikləməyə başladı. Həmin vaxt Baba məni müdafiə etmək istədi, lakin Ayaz da həmin vaxt Babanın sifətindən şillə ilə vuraraq onu yerə yıxdı. Fərid məni yerdə təpikləyərkən kafedə olan şəxsləri səsləyərək kömək istədim. Lakin heç kəs yaxınlaşmadı. Səs-küydən sonra Ayaz məni yerdə sürüyə-sürüyə avtomobilə apardı. Məni avtomobilə əyləşdirdikdən sonra yenidən Bakı şəhəri istiqamətində yola düşdük. Yolda Fərid və Ayaz yenə də Babadan pul tələb etməyə başladılar. Baba da hər dəfə pulunun olmadığını deyirdi. Lakin buna baxmayaraq Ayaz avtomobildə Babanı, Fərid isə məni vurmağa davam edirdi. Bakıya çatdıqda Ayaz və Fərid Babaya avtomobili Masazır dairəsinə sürməyini bildirdilər. Baba da avtomobili Abşeron rayonu, Masazır dairəsinə sürüb orada saxladı. Bundan sonra Babanın yanında oturan Ayaz belinin arxasında olan şalvarın arasından bıçağı çıxararaq Babadan dərhal anasına zəng vurmasını və 10.000 manat pul gətirməsini bildirdi. Bu zaman Fərid də əlində olan bıçağı mənim böyrümə dirəyərək məndən 10.000 manat pul tələb etdi".

Məhkəmə materiallarından məlum olur ki, Fəridlə Ayaz bıçaqla hər iki şəxsi qorxudub və onları vəhşicəsinə döyərək sürüyə-sürüyə maşından çıxarıb. Bundan sonra onlar Babaya məxsus avtomobili sürərək uzaqlaşıblar. Baba və Səadət isə taksi tutaraq evlərinə gediblər. Evdə Səadətin qızı anasının vəziyyətini görərək onu sorğu-sual edib və polisə bu barədə məlumat verib.

Hadisədən sonra əsl adı Şahin olan və özünü dost-tanış arasında Fərid adı ilə tanıdan şəxs 3 gün müddətində ələ keçirdiyi avtomobili idarə edib. Daha sonra o, polis tərəfindən saxlanılıb.

Məhkəmədə ifadə verən zərərçəkmiş qadın ibtidai istintaqa ifadəsindən fərqli ifadə verib və əsəbi olduğu üçün Şahinlə Ayazdan şikayət etdiyin, əslində onlara qarşı cinayət törədilmədiyini bildirib. Məhkəmə isə qadının ifadəsini qəbul etməyib və onun müstəntiqə verdiyi ifadə mötəbər sayılıb.

O da məlum olub ki, Şahin və Ayaz Yardımlıdan qayıdarkın yolda narkotik vasitə qəbul ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxslərin hər birinin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.

Loading...