642affbf95779202304233303
Azərbaycanda fantastik qiymətə it satılır - FOTO
Bakıda elan saytlarının birində 100 minə alman ovçarkası satılır.

Qlobal.net xəbər verir ki, satıcı itin aprelin 6-da 3 ayı tamam olacağını qeyd edib.

"Cinsi erkəkdir. Peyvəndləri də vurulub".

İtin bu qədər baha olmasına satıcı onu səbəb göstərir ki, dünyada bu rəngdə cins itin bir dənə olmasıdır. 

Bundan başqa o, real alıcı olarsa, endirim olacağını qeyd edib. 

"Bu itin atası və anası da məndədir. Onları xaricdən gətizdirmişəm. Qapqara cins idi, balası belə qırmızı olub". (referans.az)


52826_V3pWf81LnzjFOTg22GJqTQ


98111_UqI5Qa-kXZmoeeq5k3vMSw (1)

03.04.2023 20:30
show 639