63d3bef237fe8202301230922

Azərbaycanda faciə: Bir ailənin yeddi üzvü xəstəxanaya yerləşdirildi

Masallıda bir ailənin yeddi üzvü dəm qazından zəhərlənib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Köhnə Alvadı kəndində qeydə alınıb. Kənd sakinləri - 52 yaşlı Gülbahar Şahmarova, onun oğlu 30 yaşlı Elvin, qızı 18 yaşlı Günay, bacısı qızı 17 yaşlı Cəlalə və nəvələri: səkkiz yaşlı Rəsul, altı yaşlı Nuray, dörd yaşlı Fatimə yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

27.01.2023 16:09
show 10996