65b73db3897bf202401245459
Azərbaycanda evli kişi xalası qızı ilə sevgili oldu, onun qızı ilə isə... – Şok təfərrüat

Xaçmaz rayonunda 1992-ci il təvəllüdlü Musa qohumu Səbinəyə (adlar şərti verilib - red.) təcavüz edib.

Qlobal.net teleqraf.com-a istinadən bildirir ki, hadisə 12 iyul 2022-ci ildə Xaçmaz rayonunun kəndlərindən birində baş verib. Musa yaşadığı kəndin ərazisində toy məclisində iştirak edib, spirtli içki içib.

Daha sonra saat 18 radələrində cinsi ehtirasını təmin etmək məqsədi ilə kənddə qohumu Səbinənin yaşadığı mənzilə girib. Zor tətbiq etməklə Səbinəni yataq otağına aparıb. Orada onunla cinsi əlaqədə olmaq istəyib. Lakin müqavimətlə qarşılaşdığından Səbinəyə qarşı zorakılıq edərək seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Musanın barəsində Cinayət Məcəlləsinin 29, 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlamaya cəhd), 29, 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlamaya cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Musa elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hadisə baş verdiyi gün həmkəndlisi Nazimin qızının toy məclisində olub: "Məclisdə spirtli içki qəbul etdim, sərxoş oldum.

Səbinənin anası Sevil mənim ögey xalamın qızıdır. Toy məclisində Sevil də iştirak edirdi. Sevil mənim onun yaşadığı evə getməyimi istədi, özünün də gələcəyini dedi. Sevillə 3-4 ildir kişi-qadın kimi qeyri-rəsmi münasibətimiz var. Onun sözü ilə evinə getdim. Sevil evdə deyildi. Qızı Səbinə tək idi. Ondan anasını soruşdum. Bu zaman qışqırmağa başladı. Qışqıra-qışqıra bayıra qaçmağa cəhd etdi. Səbinənin bayıra çıxmaması üçün sadəcə onun qolundan tutdum".

Təqsirləndirilən şəxs qeyd edib ki, 6 ildir evlidir, iki azyaşlı uşağı var: "Lakin 3-4 aydır arvadımdan ayrı yaşayırdım. Səbinəni ögey xalamın nəvəsi kimi tanımışam. Onun evində bir dəfə olmuşam, mebel təmir etmişəm.

Mən Səbinənin anasının dəvəti ilə evlərinə getdim. Qapının ağzında anasını soruşanda ona nəsə edəcəyimi fərz elədiyindən qışqırmağa başladı. Buna görə yalnız onun qolundan tutmuşam. Evin koridorunda olmuşam, yataq otağına keçməmişəm, Səbinəni dişləməmişəm. Ona qarşı seksual xarakterli hərəkətlər etməmişəm. Bədəninin intim nahiyələrinə toxunmamışam, onu zorlamağa cəhd etməmişəm".

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, zərərçəkmiş Səbinənin yetkinlik yaşına çatmadığını, yaşının 18-dən aşağı olmasını bilməyib: "Mənim düşündüyümə görə, Səbinənin 19-20 yaşı olmalıydı. O, ərə gedərək boşanıb, azyaşlı uşağı var. Bu səbəbdən yaşını 18-dən yuxarı zənn etmişəm".

İş üzrə zərərçəkmiş Səbinənin sözlərinə görə, iyulun 12-də, saat 17-18 radələrində azyaşlı övladı ilə evdə tək olarkən həmkəndlisi Musa gəlib və anası Sevilin evdə olub-olmadığını soruşub: "Anamın toy məclisində olduğunu bildirdim, qapını bağlayıb evə girdim. Təqribən 30 dəqiqə sonra Musa yenidən gəlib, birbaşa evə daxil oldu. Həmin vaxt sərxoş idi. Bədənimin müxtəlif nahiyələrinə toxundu. Mən qaçmaq istədikdə isə qolumdan tutudu. Müqavimət göstərməyə çalışarkən yerə yıxıldım. Azyaşlı övladım da mənimləydi, ac olması səbəbindən ağladı.

Musa bədənimin intim nahiyələrinə toxundu, məni dişlədi. Paltarlarımı əynimdən çıxardı. Amma öz paltarları əynində qaldı. O, boşandığımı əsas gətirdi, mənimlə cinsi əlaqədə olmaq istədiyi söylədi. Mən buna razı olmadım".

Zərərçəkmiş qeyd edib ki, Musaya anası Sevilin gəldiyini deyib: "Bu zaman o, mənə qarşı etdiyi iyrənc hərəkətlərini dayandırdı. Sonra Musanı aldadaraq azyaşlı uşağımın yeməyinin xalamgildə qaldığını dedim, uşağı xalamgilə qoyub qayıdacağımı bildirdim. Bu sözlərdən sonra o, şalvarımı geyinməyimə, evdən çıxmağıma icazə verdi.

Evdən çıxıb dərhal xalamgilə getdim. Musa da arxamca gəlməyə başladı. Yolun yarısından isə çıxıb getdi".

Zərərçəkmiş deyib ki, hadisədən sonra onun sinə və üz nahiyələrində xəsarətlər yaranıb: "Xəsarətlər Musanın məni əlləri ilə tutması və dişləməsi nəticəsində yarandı. Digər nahiyələrimdə hər hansı xəsarət olmayıb".

İş üzrə şahid Sevilin sözlərinə görə, hadisə günü qonşularının qızının toy məclisində olub: "Toydan qayıtdıqdan sonra qızım Səbinə və nəvəmin evdə olmadığını gördüm, narahat olum. Bacıma zəng edərək qızımı soruşdum. Səbinənin övladı ilə birlikdə onlara gəldiyini bildirdi.

Əvvəlcə Səbinənin ərinin ona nəsə etdiyini düşündüm. Bacımgilə getdikdə, qızımın saçının dağınıq, üz nahiyəsində və qolunda xəsarətlər olduğunu gördüm. Ondan nə baş verdiyini soruşdum.

Qızım Musanın evə gələrək məni soruşduğunu, evdə olmadığımı dedikdən bir müddət sonra zorla qapını açaraq evə girdiyini, ona qarşı zorla əxlaqsız hərəkətlər etdiyini bildirdi".

Sevil ifadəsində göstərib ki, Musa ilə qeyri-rəsmi kişi-qadın münasibətlərində olmayıb. Toya gedərkən Musanı yolda görüb: "Mənə əl uzadaraq görüşmək istədi. Lakin sərxoş olduğundan onunla görüşmədim".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Musanın əməli Cinayət Məcəlləsinin 29, 149.2.3 və 29, 149.2.4-cü maddələrindən həmin məcəllənin 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsinə tövsif edilib.

Musa Cinayət Məcəlləsinin 150.1 və 157.1-ci maddələri ilə təqsirli bilinib. O, 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

10.02.2024 07:50
show 11167