643d2b018a144202304231825

Azərbaycanda ev sahibi təmizliyə gələn 42 yaşlı qadını soyundurub videoya çəkdi - TƏFƏRRÜAT

Aprelin 14-də Abşeron rayonu Xırdalan şəhərində intihara cəhd hadisəsi baş verib.

Qlobal.net xəbər verir ki, qafqazinfonun əldə etdiyi məlumata görə, 1981-ci il təvəllüdlü İ.Mahmudova (şərti) saat 19 radələrində yaşadığı evdə sirkə turşusu içərək həyatına qəsd edib. Xəstəxanaya çatdırılan 42 yaşlı qadına tibbi yardım göstərilib və o, evə buraxılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, İ.Mahmudova intim görüntüləri yayıldığı üçün intihara cəhd edib. O, videosunu çəkərək yayan şəxslə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edib. Qadın bildirib ki, bu ilin yanvar ayında Qaradağ rayonu ərazisindəki evdə təmizlik işləri aparan zaman həmin evin sahibi olan Nurlan (şərti) adlı şəxsin təcavüzünə məruz qalıb. O, həmin şəxsin onu soyunduraraq videoya çəkdiyini və hədə-qorxu gələrək 410 manat pulunu almasını qeyd edib.

Şikayətçi qadın həmçinin bildirib ki, Nurlan onun çılpaq görüntülərini daha sonra iş yoldaşına göndərərək videonu yayıb.

Baş vermiş hadisə və polisə şikayətlə bağlı araşdırmalara başlanılıb.

17.04.2023 15:17
show 7494