6545c93f9c3c8202311233159
Azərbaycanda ərli qadın kirəçisindən hamilə qalıb - Deyir ki, uşaqlardan birinin atası mənəm...

Azərbaycan Tibb Universitetinin dosenti, əməkdar müəllim Rəşid Mahmudov son vaxtlar məişət mövzularının telekanallarda və mətbuatda geniş müzakirə olunmasından narahatlığını dilə gətirib.

Tanınmış alim bu cür müzakirələrin efirə yol tapmasının mənəvi aşınmaya səbəb olacağını bildirib.

Qlobal.net xəbər verir ki, Rəşid Mahmudov Yenisabah.az-a açıqlamasında ailə-məişət problemlərinin ictimai müzakirəyə çıxarılmasının doğru olmadığını bildirib:

“Zəng edib soruşurlar ki, Doğuş Xoşqədəmə xəyanət edib. Buna necə baxırsınız? Ayıbdır! Ölkənin o qədər problemi, dərd-səri var ki... Niyə onlardan danışıb-yazmırsınız? Yaxşı jurnalist bu problemlərdən yazar. Başqasının ailə-məişət problemi sizə qalıb? Mən o qədər şeylər bilirəm ki! İndi durub hamısını danışım? Hər şeyin bir ölçüsü, əndazəsi olmalıdır!”

Rəşid Mahmudov sosial məzmunlu televerilişlərdə şəxsi həyata müdaxilənin yolverilməz olduğunu bildirib. Qeyd edib ki, telekanallar çox vaxt etik qaydaları gözləmir:

“Bu yaxınlarda efirə bir oğlan çıxmışdı. Kiminsə evində kirayədə qalıb. İndi deyir ki, uşaqlardan birinin atası mənəm. İnsan öz şəxsiyyətini necə bu qədər alçalda bilər?”.

Sonda həmsöhbətimiz bu cür müzakirələrdə iştirak edən insanları özünə hörmət etməyə səsləyib.                              

04.11.2023 08:31
show 10833