faiz
Azərbaycanda ən yüksək faizlə kredit verən banklar – SİYAHI

Bu ilin sentyabr ayı üzrə Azərbaycanda ən yüksək faizlə kredit verən banklar məlum olub. 

Sentyabr ayında ən yüksək faizlə kredit verən bank “Accessbank” olub. Belə ki, bankda kredit faizləri 10-26 % civarında müəyyən edilib. 0-3 %-lik komissiya haqqı da əlavə olunsa, müştərilərin maksimal kredit xərci 29 %-dək yüksələ bilər. Bank 48 aya 40 min manatadək kredit təklif edir.

“Bank BTB” ən yüksək faizlə kredit verən banklar sırasında ikinci olub. Bankın minimal kredit faizləri 18 %-dən başlayır. Komissiya xərcləri müəyyən edilməyib. Bank 30 min manatadək həcmdə krediti 48 aya müddətədək təklif edir. vakansiyalar

Minimal kredit faizi ən yüksək müəyyən edən banklardan biri də “Ziraat Bank Azərbaycan”dır. Bankda kredit faizləri minimum 17 %-dən başlayır. 1 %-lik komissiya haqqı da əlavə olunsa, bu müştərilərin minimal kredit xərci 18 % təşkil edir. Bank 36 aya 25 min manatadək kredit təklif edir.

Siyahıda dördüncü yerdə “Yelo Bank” qərarlaşıb. Bankda minimal kredit faizi 11,7 %-dən başlayır. 3,5 %-dək isə komissiya haqqı nəzərdə tutulub. Bank 50 min manatadək krediti 59 ayadək müddətə təklif edir.

TOP-5-liyi “Expressbank” 13,9 %-lə tamamlayır. Bankda ən aşağı kredit faizi 10,9 % müəyyən edilib. 3 %-dək isə komissiya haqqı nəzərdə tutulub. Bank 59 ayadək ən yüksək məbləğdə -70 min manata qədər kredit təklif edir. (valyuta.az)

10.09.2024 14:11
show 393