21.01.2021
16:15
0

Azərbaycanda əməkhaqları artıb - CƏDVƏL

Loading...




2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 703,5 manat təşkil edib.


Qlobal.net xəbər verir ki, Bu barədə BAKU.WS-ə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən məlumat daxil olub.

Əməkhaqqı neft-qaz sektorunda 3331,6 manat, qeyri neft-qaz sektorunda 646,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,9 manat, özəl müəssisələrdə isə 803,0 manat olub.

Loading...