Bu ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 4 milyard 195,9 milyon ABŞ dolları məbləğində satış olub.
Qlobal.net bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Təkcə bu ay isə valyuta satışının məbləği 597,1 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,2 dəfə çoxdur.
Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 31 iyul 2024-cü il tarixində saat 10:00-da yayımlanacaqdır.