Azərbaycanda deputatla nazirin şəxsi yazışması YAYILDI
"Sertifikasiya imtahanları ilə bağlı Elm və Təhsil
nazirliyinin keçirdiyi iclasda Emin Əmrullayevin söylədiyi “yaşı 25-dən
yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa
düşmür” fikrinə münasibətimdən sonra mənim nazirlə şəxsi WhatsApp
yazışmamın Nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşımlarının
şahidi oldum. Nazirliyin yanında fəaliyyət göstərən İctimai Şuranın
sədrinə bu məsələlərin - Azərbaycanda sertifikasiylaşmanın nəticələri və
nazirlə şəxsi yazışmalarımın yayılmasının müzakirəsini gündəliyə daxil
edilməsini təklif etdim".
Bunu Milli Məclisin deputatı Etibar Əliyev özünün feysbuk hesabında paylaşıb.
Onun sözlərinə görə, üzvü olduğu İctimai Şuranın sabahkı (bugünkü - red.) iclasında bu təkliflərinin müzakirəsi baş tutacaq:
"Eyni
zamanda təklif etmişdim ki, Şuranın iclası açıq keçirilsin, iclasa Elm
və təhsil naziri Emin Əmrullayev və Təhsil ekspertləri də dəvət
olunsunalar. Düşünürəm ki, sabah Şuranın iclasında Azərbaycan təhsili
ilə bağlı mühüm məsələlər və ictimai maraq doğuran təkilflərim də geniş
müzakirəyə çıxarılacaq".