Azərbaycanda dəhşətli hadisə: ər hamilə arvadını dəmir boru ilə öldürdü
Abşeronda ər hamilə arvadını dəmir boru ilə qətlə yetirib.
Qlobal.net report-a istinadən xəbər verir ki, Abşeron rayonunda
kişinin hamilə arvadını qətlə yetirməsində əsaslı şübhələr müəyyən
edilib.
Belə ki, oktyabrın 22-i saat 01 radələrində Abşeron rayonu, Saray
qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Səidə Nəmətovanın yaşadığı evdə
öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü
Vüqar Nəmətovun oktyabrın 21-i saat 22 radələrində yaşadıqları evdə
2015-ci il təvəllüdlü qızını döyərkən qızını qorumağa çalışan, hamilə
vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru
vasitəsilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən
edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan
qadını öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.