65c864ae915f2202402240950
Azərbaycanda dəhşətli cinayət: Ata qızına əxlaqsızlıq etdi, oğlu isə... – ŞOK TƏFƏRRÜAT

Abşeron rayonunda 1964-cü il təvəllüdlü Muxtar şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qızı Vüsaləni (adlar şərti verilib - red.) öldürüb.

Qlobal.net teleqraf-a istinadən Muxtarın birinci nikahdan olan 1987-ci il təvəllüdlü qızı Vüsalə əxlaqsız həyat tərzi yaşayıb, ondan hər dəfə pul tələb edib, pul vermədikdə isə ailə üzvləri, qohumları haqqında sosial şəbəkələrdə mütəmadi məlumatlar və fotokollajlar, o cümlədən bədəninin intim yerində atasının, qohumlarının şəkillərini yerləşdirib, barələrində ağır söyüş və təhqiredici ifadələr olan yazılar paylaşıb. 
Muxtar qızına əxlaqsızlıq etməməsi, sosial şəbəkədə onun, ailə üzvləri və qohumları barəsində rüsvayedici foto və yazılar yaymaması barədə növbəti dəfə xəbərdarlıq edib. Vüsaləni əməllərinə görə öldürmək qərarına gəlib. 
Bu məqsədlə əvvəlcədən Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən mağazaların birindən bıçaq alıb. 3 iyun 2022-ci ildə qızının kirayədə yaşadığı Masazır qəsəbəsi, Yeni Bakı" yaşayış kompleksinə gəlib. 
Muxtar qızının yaşadığı mənzildən çıxmasını gözləyib. Təxminən 30 dəqiqə sonra, yəni saat 12 radələrində Vüsalənin mənzildən çıxdığını görüb. Qızına yaxınlaşaraq onun və qohumları haqqında rüsvayedici məlumatları yayması, əxlaqsızlıq etməsinə görə iradını bildirib. Ondan belə hərəkətləri dayandırmasını tələb edib. 
Vüsalə atasının sözlərinə nümayişkaranə məhəl qoymayıb və pilləkənlə 3-cü mərtəbəyə düşüb. Muxtar da iradını bildirə-bildirə qızının arxasınca gələrək 3-cü mərtəbəyə çatıb. 
Bu zaman Vüsalə "sizi rüsvay etməkdə davam edəcəm" deyərək, atasını nalayiq sözlərlə təhqir edəndə onu öldürmək niyyətini qətiləşdirib. Əvvəlcə yumruqla qızının burnundan zərbə vurub. Zərbənin təsirindən qızın burnu qanayıb. Daha sonra Muxtar corabının içərisində gizlətdiyi bıçağı çıxararaq Vüsaləni vurmaq istəyib. 
Vüsalə əliylə atasının bıçaq saxlayan əlindən vurub. Zərbənin təsirindən bıçaq mərtəbələr arasındakı boşluqdan birincə mərtəbənin döşəməsinə düşüb. 
Muxtar Vüsalənin qaçmasının qarşısını almaq üçün saçından tutaraq özü ilə birinci mərtəbəyə düşürüb. Orada bıçağı götürərək qızına çoxsaylı zərbələr vurub. 
Vüsalə aldığı zərbələr nəticəsində kəskin qan itirməsindən dünyasını dəyişib. 
"Qızımla əlaqə yaratmaqdan imtina elədim"
İstintaq orqanı tərəfindən Muxtarın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmədə ifadə verən Muxtar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Vüsalə onun birinci nikahdan olan övladıdır: "Boşandıqdan sonra məhkəmə aliment təyin etdi. Cəmi 1-2 ay aliment verdim. Sonra Vüsalənin anası Zəminə ərə getdi.
Zəminənin əri aliment lazım olmadığını, Vüsaləni özü böyüdəcəyini bildirdi. Böyüyəndən sonra Vüsalə özü mənə zəng elədi. Lakin barəsində pis sözlər eşitdiyimə görə onunla əlaqə qurmaq istəmədim".
"Lüt şəkillərimi paylaşdı"
Təqsirləndirilən şəxs qeyd edib ki, Vüsalə 2018-2019-cu ildən onu təhdid etməyə başlayıb: "Ona haqqı olanı verməsəm, məni biabır edəcəyini bildirdi. Neçə ildir bizə əziyyət verirdi. Sosial şəbəkələrdə məni və ailəmi təhqir edirdi. Sosial şəbəkələrdə lüt şəkillərimi paylaşır, ayıb yerinin üzərinə şəkillərimi qoyur, qızlarımı, nəvələrimi aşağılayırdı. Hətta bir dəfə Zaur Baxşəliyevin verlişinə çıxaraq məni biabır elədi. Daha sonra Türkiyəyə getdi, oradan paylaşımlar etməyə başladı". 
"Polisə şikayət etdim, nəticəsi olmadı" 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2021-ci ildə Vüsaləni Türkiyədən gətirdib: "Təyyarə biletini aldim, gələn gün ona ev tutdum. Amma tutduğum evi bəyənmədi. Onu otelə yerləşdirdim. Vüsalə məndən 150 min manat pul tələb etdi. Paylaşdıqlarını silsin deyə ona hər gün 20 manat, hər ay 300 manat kirayə pulu göndərdim. Eyni zamanda mənə hədə-qorxu gəlməsi ilə bağlı 34-cü Polis Bölməsinə müraciət etdim. Lakin heç bir nəticəsi olmadı. 
Bütün qohumların, qonşuların yanında biabır olduğumuzdan neçə dəfə Vüsaləyə xəbərdarlıq etdim. Oğlum Vüsalənin anasının yanına getdi, onun hərərkətləri barədə xəbərdar etdi. Mən də Vüsalənin yaşadığı ünvana getdim. Liftdən çıxanda qarşılaşdıq. Qorxutmaq məqsədi ilə özümlə bıçaq da götürmüşüm. Ancaq onu öldürmək məqsədim yox idi. 
Vüsalə məni görən kimi qışqır-bağır saldı. Həm mənim, həm də oğlumun ünvanına ağır sözlər dedi. Çox qışqırdığını gördükdə bıçağı çıxartdım. Vüsalə bıçağı əlimdən alaraq pilləkanların arasından aşağıya atdı. Blokdan çıxanda Vüsalə yenə qışqırdı. Bu vaxt özümdən asılı olmayaraq bıçağı yerdən götürdüm və Vüsalənin boyun nahiyəsinə bir zərbə vurdum. Bıçağı tullayıb blokdan çıxdım. 
Törətdiyim əməldən peşmanam. Hadisəni törətdikdən sonra polisə getdim, könüllü təslim oldum. Özümü Cinayət Məcəlləsinin 122-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilirəm. Hadisəni affekt vəziyyətində törətmişəm". 
Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. Həmin ifadədən məlum olur ki, təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmir.
"Boşanıb hər ikimiz ailə qurduq" 
Muxtar ifadəsində göstərib ki, 1986-cı ildə Zəminə ilə ailə qurub: "Bu nikahdan 1987-ci ildə qızımız Vüsalə anadan oldu. Sonradan Zəminə ilə aramızda ailədaxili narazılıqlar başladı. Bir evdə yola gedə bilmədiyimizə görə Vüsalə doğulduqdan 2 ay sonra rəsmi qaydada boşandıq. Vüsalə anası ilə birlikdə Şəki rayonunda yaşadı. 
Boşandıqdan sonra 1989-cu ildə Zəminə ərə getdi, mən özüm isə 1991-ci ildə Günel adlı qadınla ailə qurdum. Bu nikahdan da mənim 2 qız, 1 oğlan olmaqla 3 övladım dünyaya gəldi. 
Günellə evləndikdən sonra Bakı şəhərinə gələrək müxtəlif mağazalarda, kafelərdə işləyərək ailəmin dolandırmağa başladım. 2018-ci ilədək qızımla demək olar ki, heç vaxt əlaqə saxlamamışam. Çünki onun anası Zəminə ikinci dəfə ailə qurduqladm sonra əri mənim Vüsaləyə aliment verməyimə etiraz etdi. Keçmiş arvadımın və qızımın mənimlə hər hansı formada əlaqə saxlamasını istəməmişəm". 
"Dedim ki, məndən sənə ata olmaz" 
Muxtar qeyd edib ki, 2018-ci ildə Vüsalə onun mobil telefonuna zəng edib, "sən mənim atamsan, mənə maddi kömək et, maddi vəziyyətim çox aşağıdır" deyib: "Dedim, qulağıma Şəki camaatından çatıb ki, sən düz yolda deyilsən, pozğunluq edirsən, başqa kişilərlə qeyri-rəsmi münasibət qurursan, səni kimisindən mənə qız, məndən də sənə ata olmaz. 
2022-ci ilin fevralında Vüsalə özünün "zərərçəkmiş şəxs" adlı "İnstagram" səhifəsində dəniz geyimində və çılpaq şəkillərlə paylaşımlar etdi. Həmin paylaşımlardan onun Türkiyədəki otellərdən birində olması açıq-aydın göründü. 
Vüsalə bununla kifayətlənmədi, mənim ikinci evliliyimdən olan övladlarımın şəkillərini həmin şəbəkədə paylaşaraq, şəkillərin altından təhqiramiz ifadələr yazdı. Oğlum Vüqara dedim ki, oğul, sən Vüsalə ilə danış, qoy Bakıya gəlsin. O, Bakıya gələndən sonra polisə şikayət edəcəm ki, Vüsalə məni və ailə üzvlərimizi "İnstagram"da təhqir edir, mənim bu şikayətimdən sonra da polislər onu tutacaq. 
Bunu deyəndən sonra oğlum Vüsalə ilə telefonla danışdı. Oğlumun səyləri nəticəsində Vüsalə 2022-ci ilin martında Bakı şəhərinə gəldi. Onu əvvəlcə Novxanı yolunda adını bilmədiyim otelə yerləşdirdim. 
Vüsalə təxminən 2-3 gün həmin oteldə qalandan sonra Xətai rayonu, NZS qəsəbəsində kirayədə yaşadığıma görə Vüsalənin məni və ailə üzvlərimi təhqir etməsi ilə bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət etdim. Vüsaləni də NZS qəsəbəsində olan başqa bir otelə yerləşdirdim. 
Şikayət etdiyimi biləndə Vüsalə yenidən övladlarımın şəkillərini "İnstagram"da paylaşaraq altında təhqiramiz sözlər yazmağa başladı. Tək yaşayan qızlara ev verilmədiyinə və Vüsalə tək olduğuna görə ona kirayə ev tuta bilmədim. Vüsalənin qaldığı otellərin pulunu özüm ödəmişəm". 
"Pulu qurtaran kimi başlayırdı"
 
Muxtar qeyd edib ki, daha sonra Zəminə Şəki rayonundan gələrək qızı ilə birlikdə Xırdalan şəhərində kirayənişin olaraq yaşamağa başlayıb: "Təxminən bir ay sonra həmin mənzilin sahibi də onları evdən qovdu. Ev sahibi oğlum Vüqara zəng edərək Vüsalənin yaşadığı mənzilə başqa kişilərlə birlikdə gəldiyini dedi. Buna görə oğlum məcbur qalaraq 2022-ci ilin may ayında Vüsaləyə Masazır qəsəbəsində "Yeni Bakı" yaşayış kompleksində mənzil kirayə tutdu. 
Vüsalə həmin mənzildə tək yaşamağa başladı. Həm Xırdalan şəhərində, həm də Masazır qəsəbəsində Vüsaləyə tutduğumuz mənzillərin kirayə pulunu əvvəlki kimi özüm ödəmişəm. Lakin Vüsalə yenə də məni və ailə üzvlərimi "İnstagram"da təhqir edirdi. Məndən digər xərclərini ödəmək üçün əlavə pul istəyirdi. Mən də ona gündəlik olaraq ən azı 20 manat, müxtəlif vaxtlarda 50, 100, 200, sonuncu dəfə isə 300 manat vermişəm. 
Pulu qurtaran kimi o, "İnstagram"da məni və ailə üzvlərimi təhqir edirdi. Dəfələrlə Vüsalənin yaşadığı "Yeni Bakı" yaşayış kompleksinə getmişəm. Ona xəbərdarlıq edərək "məni və ailə üzvlərimi biabır eləmə, insanlar içərisinə çıxa bilmirik" desəm də, sözümə məhəl qoymurdu. Pulu qurtaran kimi yenidən başlayrdı". 
"Qızıma "səni öldürəcəm" dedim" 
Təqsirləndirilən şəxs bildirib ki, sonuncu dəfə 29 may 2022-ci ildə təxminən saat 20 radələrində Vüsalənin kirayə qaldığı Masazır qəsəbəsi "Yeni Bakı" yaşayış kompleksinin 7-ci mərtəbəsində yerləşən evə gedib: "Əvvəlcə Vüsalə qapını açmaq istəməs də, ona "qızım, qapını aç, ata-bala kimi səninlə danışım" deyəndən qapını açdı. 
Söhbət zamanı ona dedim ki, qızım, bizim ailəni biabır eləmisən, ATV-də Zaurun verlişinə çıxıb məndən aliment istəmisən, xahiş edirəm, bu əməllərindən əl çək, yoxsa səni öldürəcəm. Həmin vaxt qızım məni nalayiq sözlərlə təhqir etdi, evdən qovmağa çalışdı. Mən də əsəblərimi cilovlaya bilmədim, onu yerə yıxaraq bədəninin müxtəlif nahiyələrinə, o cümlədən sifətinə yumruq-təpiklə vurdum. 
Mayın 30-da Abşeron Rayon Polis İdarəsinə çağırıldım. Orada məndən izahat alınaraq Vüsaləınin məndən şikayət edib ekspertizadan keçdiyi və mənim əməlimə qanunvericiliyə uyğun hüquqi qiymət veriləcəyi deyildi. Qızımın polisə şikayət etməsi məni daha çox əsəbləşdirdi. Eyni zamanda polisə şikayətdən sonra qızım "İnstagram"da daha da fəallaşdı. Məni və ailə üzvlərimi daha böyük hirslə təhqir etməyə, oğlu Vüqarın, yeznəm Əlinin və nəvəm Sevilin şəkillərini öz hesabında paylaşaraq şəkillərin altından təhqiramiz ifadələr yazmağa başladı". 
"Liftin qarşısına gəldik" 
Təqsirləndirilən şəxsin sözlərinə görə, Vüsalənin son hərəkətləri onu daha da hirsləndirdiyinə görə iyunun 3-də, təxminən saat 11 radələrində kirayənişin yaşadığı 4-cü mikrorayondakı evindən çıxıb və dəqiq xatırlamadığı dükandan təxminən 2-3 manata bıçaq alıb: "Bıçağı corabımın içinə qoydum. Sonra Vüsalənin yaşadığı "Yeni Bakı" yaşayış kompleksinə gəldim. Binanın 7-ci mərtəbəsinə qalxdım və liftin yanında dayanaraq Vüsalənin evdən çıxmasını gözlədim. 
Bıçağı alaraq Vüsalənin yaşadığı evə gələndə onu öldürmək fikrində deyildim. Bir ata olaraq yenə də Vüsalənin məni və ailə üzvlərimi təhqir etməməsi, bütün qohum-tanış arasında biabır etməməsi üçün qorxutmaq istəmişəm. 
Təxminən yarım saat 7-ci mərtəbədə liftin yanında gözlədim. Təxminən saat 12 radələrində Vüsalə evdən çıxaraq pilləkənlərlə 7-ci mərtəbədə olan liftin yanına yaxınlaşanda olduğum yerdən çıxdım və Vüsalənin arxasında dayandım. Ona "qızım əl çək bu şantaj və təhqirlərindən, mənim sənə verməyə pulum qurtaran kimi bizim ailənin hər bir üzvünü təhqir edirsən" dedim. 
Vüsalə qışqıra-qışqıra məni təhqir etməyə başladı. "Səndən sonra oğlun Vüqarı da biabır edəcəm, onsuz Vüqarı da biabır etmişəm, amma indən sonra daha çox biabır edəcəm ki, ailəlikcə rüsvay olasınız" söylədi. 
"Qızımı öldürdüm, polisə təslim oldum"
 
Muxtar qeyd edib ki, Vüsalə yenə də təhqirlərə davam edib: "Məni təhqir edə-edə birlikdə binanın 3-cü mərtəbəsinə qədər endik. Təhqirlərə dözə bilmədim. Əvvəlcə yumruqla onun burun nahiyəsinə zərbə endirdim. Sonra corabımın içərisində olan bıçağı götürdüm, qızımın boğazına zərbə endirmək istəyəndə o, bıçağı əlimdən aldı. Pilləkən qövsünün orta hissəsi ilə binanın blokunun 1-ci mərtəbəsinə atdı. 
Vüsalənin saçından tutaraq pilləkənlərlə onu binanın blokunun 1-ci mərtəbəsinə endirdim. Birinci mərtəbənin döşəməsində olan bıçaqla Vüsalənin boğaz nahiyəsinə var gücümlə bir dəfə xəsarət yetirdim. Həmin nahiyədən zərbə vursam, Vüsalənin tez öləcəyini bilirdim. Mənə müqavimət göstərməyə çalışsa da, onun bədəninin başqa hansı nahiyələrinə zərbə endirməyim yadımda qalmayıb. Ola bilər, özümdən asılı olmayaraq Vüsalənin bədəninin başqa nahiyələrinə də xəsarət yetirmişəm. 
Vüsaləni öldürdükdən sonra onu vurduğum bıçağı üzərinə atdım, binanın blokundan çıxdım. Yaxınlıqdakı meyvə dükanında əllərimi yudum. Amma dükanın sahibinə hadisə barədə heç bir söz demədim. Yalnız "su verin, zəhmət olmasa, əllərimi yuyum, barmağımı kəsmişəm" dedim. 
Orada dayanmış tanımadığı taksi sürücüsünün maşınına əyləşdim və Abşeron Rayon Polis İdarəsinə sürməsini xahiş etdim. Növbətçi hissəyə yaxınlaşaraq qızım Vüsaləni öldürməyim barədə məlumat verdim, polisə təslim olum". 
"Qızıma atası əxlaqsız hərəkətlər edib" 
İş üzrə zərərçəkmiş Vüsalənin hüquqi varisi, anası Zəminənin sözlərinə görə, qızı Vüsalə ilə münasibətləri normal olub: "Mən 18 yaşımda Muxtarla evlənmişəm, 19 yaşımda boşanmışam. Biz ayrılanda Vüsalə 2 aylıq idi. 
Vüsalə 10-cu sinifdə oxuyanda Muxtar onunla görüşüb, pul verib. Vüsalə 4-cü kursda oxuyanda atasıyla görüşməyə başlamışdı. 
Muxtar 2018-ci ildə qızıma qarşı əxlaqsızlıq edib. Qızım Muxtarın oğlunun onunla ər-arvad kimi yaşadığını deyirdi. 
Təqsirləndirilən şəxs düz deyir, Vüsalə ona zəng edib. Lakin hər şeyin bir səbəbi olur. Muxtar Vüsalə üçün kirayə ev tutub. Vüsaləni marketə işə düzəldib. Vüsalə mənə Muxtarın ona əxlaqsız sözlər dediyini bildirirdi. İyulun 3-də "İnstagram"da qızımın atası tərəfindən öldürüldüyü xəbərini eşitdim. Tez qızıma zəng vudrum, ancaq cavab gəlmədi". 
Məhkəmənin hökmü ilə Muxtar 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

19.02.2024 21:34
9252