19.02.2021
09:24
0

Azərbaycanda dəhşət: YARALILAR VAR

Loading...

Sabirabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayonun Xəlfəli kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Mersedes” markalı minik avtomobili ilə “VAZ-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində bir neçə nəfərin xəsarət alıdığı bildirilir.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.. Hazırda xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.

Hacıqabul-Bəhrəmtəpə magistral yolunun Sabirabad rayonu Xəlfəli kənd ərazisindən keçən hissəsində baş verən yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə nəticəsində 2013-cü il təvəllüdlü Qəhrəmanlı Cəsur Ceyhun oğlu, Sabirabad rayon sakinləri, 2002-ciil təvəllüdlü Mikayılov Səxavət Zəfər oğlu, 1991-ci il təvəllüdlü Muxtarzadə Muxtar Əlövsət oğlu və 1992-ci il təvəllüdlü Tağıyev Musa Elman oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.



Loading...