təcili yardım
"Sələmə pul verirmiş, qızıllarını girov qoyub..." - Tanınmış həkimin qətlinin TƏFƏRRÜATI

Zaqatalada törədilən dəhşətli qətllə bağlı bəzi təfərrüatlar məlum olub. 

Qlobal.net lent.az-a istinadən xəbər verir ki, hadisə həkim Tariyel Əhmədovun qıznının Aşağı Tala kəndində yerləşən evində qeydə alınıb. 

Həsən Davudov Tariyel Əhmədovun qızının evinə gələrək onunla mübahisə edib. Daha sonra mübahisə qızışıb və tərəflər arasında dava düşüb. 

Həsən Davudov qızının və nəvələrinin gözü qarşısında Tariyel Əhmədovu güllələyərək öldürüb. 

Həsən Davudov daha sonra özünü güllələyib. 

Məlumata görə, onların keçmişdən ədavəti olub. Belə ki, Həsən Davudov sələmə pul verirmiş. Tariyel Əhmədov da qızıllarını girov qoyaraq ondan pul alıb. Bu zəmində onların arasında məhkəmə çəkişməsi də var imiş.

***

Zaqatala prokurorluğu rayonda törədilən qətllə bağlı məlumat yayıb.

Qurumdan daxil olan məlumatda qeyd olunur ki, iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Belə ki, avqustun 27-də saat 10 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  

Araşdırma zamanı 1960-cı il təvəllüdlü Həsən Davudovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq tanışı 1947-ci il təvəllüdlü Tarıyel Əhmədovu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

***

Zaqatalada dəhşətli cinayət törədilib. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.

***

Zaqatalada dəhşətli qətl törədilib. 

Qlobal.net lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 10:00 radələrində rayon mərkəzində qeydə alınıb. 

Rayonun tanınmış həkimi Tarıyel Əhmədov evində qətlə yetirilib. 

Əlavə məlumat veriləcək. 

27.08.2024 11:13
show 3492