Cəmiyyət

Azərbaycanda DƏHŞƏT: Evdən bir ailənin dörd üzvünün meyiti tapıldı

Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus, ümumi sahəsi 240 kv. metr olan fərdi yaşayış evi yanıb.

Bu gecə fərdi yaşayış evində baş verən yanğın zamanı həlak olan şəxslərin kimliyi məlum olub.

Milli.Az-ın əldə etdiyi məlumata görə, onlar bir ailənin üzvləridir – 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanov, 2002-ci il təvəllüdlü Səfalı Rövşən qızı İmanova, 2020-ci il təvəllüdlü Osmanbəy Tural oğlu İmanov və 2024-cü il təvəllüdlü Esma Tural qızı İmanovadır.

Yanğın hadisəsi gecə saatlarında baş verib. T.İmanov fərdi təsərrüfatla məşğul olub.

Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Related Articles

Bir cavab yazın

Back to top button