Azərbaycanda DƏHŞƏT: Azyaşlı övladını satışa çıxardı, uşağı əlindən alındı
Sosial şəbəkə hesabında öz övladını satmaq üçün videopaylaşım edən ana ilə bağlı tədbir görülüb.Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata
görə, komitəyə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.
Qeyd
edilib ki, uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri
dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin
əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülüb, azyaşlının
dövlətin himayəsinə alınması təmin edilib.
"Dövlət Komitəsi
vətəndaşlara müraciət edərək bu kimi halların qarşısının vaxtında
alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə
həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə
çağırır", - məlumatda vurğulanıb.